Tarixçi alim Aydın Balayev vəfat edib

Aydın Balayev

© APA | Aydın Balayev

# 08 dekabr 2021 09:14 (UTC +04:00)

Tarix üzrə elmlər doktoru Aydın Balayev vəfat edib.

Bu barədə APA-ya onun həyat yoldaşı Nailə Balayeva məlumat verib.

O, tarixçinin onkoloji xəstəlikdən əziyyət çəkdiyini vurğulayıb.

A.Balayev 1956-cı ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsini və M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib.

Qeyd edək ki, 65 yaşlı professor bir sıra araşdırmaların, tarixi əsərlərin müəllifidir.

Allah rəhmət eləsin!

Aytac Sahəd, Səlcuq Elçin

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR