TƏBİB: Hazırda vaksinlərin orqanizmdə anticisimlərin sayını hansı müddətə, hansı səviyyədə saxladığı araşdırılır

Yaqut Qarayeva

© APA | Yaqut Qarayeva

# 07 oktyabr 2021 16:52 (UTC +04:00)

“Hər kəsi maraqlandıran məsələlərdən biri koronavirusa qarşı vaksinlərin hər il, yoxsa 6 aydan bir vurdurulmasıdır”.

APA-nın məlumatına görə, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Milli Məclisin Səhiyyə komitəsində keçirilən “Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə” dinləmədə deyib.

Y.Qarayeva bildirib ki, bu, hələ yeni prosesdir: “İstehsal olunan vaksinlər də yenidir. Hazırda hansı vaksinin orqanizmdə anticisimlərin sayını hansı müddətə, hansı səviyyədə saxladığı istiqamətində araşdırmalar aparılır. Gələcəkdə bu bizim üçün aydınlaşacaq. Bunların hamısı zaman tələb edir. Biz hamının narahatlığını çox yaxşı başa düşürük, özümüz də bu işin içindəyik”.

Y. Qarayeva bildirib ki, insanlara doğru məlumat verilməlidir: “Xəstəlik yeni başlayanda deyirdik ki, yaşlılar bunu ağır keçirir. Praktika göstərdi ki, peyvənd olunmuş bəzi 80 yaşlı insanlarımız bu xəstəliyi yüngül keçirdi. Amma nə qədər gənclərimizi bu xəstəlikdən itirdik. Ona görə də peyvəndə bu tərəfdən baxmalıyıq. Ölkə olaraq bu barədə kifayət qədər düşünürük, heç bir qərar ani olaraq qəbul edilmir. Bütün qərarlar uzun müzakirələrdən sonra verilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR