TƏBİB: Ölkə üzrə 1 007 tibb işçisinə psixoloji dəstək göstərilib

TƏBİB-in Psixososial Dəstək Fəaliyyətləri uzmanı Nərmin Osmanlı

© APA | TƏBİB-in Psixososial Dəstək Fəaliyyətləri uzmanı Nərmin Osmanlı

# 23 iyul 2021 10:03 (UTC +04:00)

"Hazırda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Çağrı mərkəzinin yaradılması istiqamətində ciddi işlər gedir".

APA-nın məlumatına görə, bunu TƏBİB-in Psixososial Dəstək Fəaliyyətləri uzmanı Nərmin Osmanlı TƏBİB tərəfindən jurnalistlər üçün keçirilən "Medianın psixi sağlamlıqda rolu" mövzusunda təlimdə deyib.

O bildirib ki, pandemiya dövründə psixoloji dəstək üçün 1542 Psixoloji Dəstək Xətti vasitəsilə 1 122 şəxs müraciət edib: "Onlardan 459-u koronavirus xəstələri olub. Sərt karantin dövründə əsəbilik və gərginliklə bağlı müraciətlər daha çox olub. Ailədaxili münasibətlər, depressiv vəziyyətlə bağlı da çox müraciət olunub. Bundan başqa, ölkə üzrə 1 007 tibb işçisinə psixoloji dəstək göstərilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR