Təhsil naziri il ərzində neçə gəncin xaricə təhsil almağa göndərəcəyini açıqlayıb

Təhsil naziri Emin Əmrullayev

© APA | Təhsil naziri Emin Əmrullayev

# 01 oktyabr 2021 14:42 (UTC +04:00)

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı”nda bir neçə seçim meyarı arasından ən uyğununun seçilməsi üzərində düşünürük. Birincisi, Təhsil Nazirliyi və digər aidiyyəti qurumlar müvafiq qaydada müəyyən edildikdən sonra seçim aparmaq mümkündür. Eyni zamanda, əvvəlki proqramlarda olduğu kimi, ali təhsil müəssisələrinin özləri ilə də əməkdaşlıqla seçim aparmaq mümkündür”.

APA-nın xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı”nın hazırlanmasına dair bu gün keçirdiyi brifinqdə bildirib.

O deyib ki, seçimin şəffaf, bütün maraqlı tərəflərin iştirakı ilə olmasının tərəfdarıdır: “Düşünürəm ki, bu istiqamətdə proqramın icrasında hər hansı çətinlik olmayacaq. Proqram il ərzində bir neçə yüz adamı xaricə göndərməyi hədəfləyir. Təxminən 300-400 rəqəm düşünülür, proqram hazırlananda tam dəqiq rəqəm bilinəcək, amma bilinən budur ki, biz 20-30 nəfərdən danışmırıq. İstənilən müsabiqədə arzu edən şəxslərin sayı ilə proqramda iştirak edə bilən şəxslərin sayı arasında müəyyən fərqlər olur. Daha çox adam proqramdan keçmək istəsə də, daha az adam seçilə bilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR