Təhsil Nazirliyi Ermənistanın uşaqlara qarşı müharibə cinayətlərini dünyaya çatdırmaq üçün həştəqlər yaradıb

Təhsil Nazirliyi Ermənistanın uşaqlara qarşı müharibə cinayətlərini dünyaya çatdırmaq üçün həştəqlər yaradıb
# 09 sentyabr 2021 12:30 (UTC +04:00)

“Bu gün - 9 sentyabr tarixi Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 74/275 saylı qətnaməsinə əsasən Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir. Ermənistanın azərbaycanlı məktəblilərə qarşı törətdiyi müharibə cinayətləri nəticəsində uşaqların təhlükəsiz şəraitdə təhsil almaq hüququ məhdudlaşdırılıb”.

APA-nın xəbərinə görə, bunu Təhsil Naziri Emin Əmrullayev “Facebook” hesabında paylaşıb.

Nazir qeyd edib ki, bu səbəbdən şagirdlərimiz həyatını itirib, məktəblərimiz məhv edilib, yaxud qəzalı vəziyyətə düşüb: “Vətən müharibəsi zamanı Azərbaycanda 60 məktəb dağıdılıb, 10 şagird həyatını itirib. Bütün dünya ictimaiyyəti törədilmiş bu vəhşiliklərə qarşı birlikdə səsini ucaltmalı, uşaqların təhlükəsiz gələcəyi üçün biganə qalmamalıdır. Təhsil Nazirliyi olaraq hər bir vətəndaşımızı #EducationUnderAttack#UnitetoProtect həştəqləri altında ediləcək paylaşımlara dəstək olmağa çağırırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR