Təhsil Nazirliyi Təhsilin İnkişafı Fondunun nizamnaməsini hazırlayacaq

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 29 iyul 2021 15:34 (UTC +04:00)

APA-nın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun imzaladığı müvafiq sərəncamda əksini tapıb.

Sərəncama əsasən, Təhsil Nazirliyi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Təhsilin İnkişafı Fondunun nizamnaməsinin layihəsini, habelə nizamnamə fondunun miqdarı barədə təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Qeyd edək ki, Prezident İlham Əliyev 14 iyul 2021-ci il tarixdə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun yaradılması haqqında” fərman imzalayıb. Təhsilin İnkişafı Fondu Azərbaycan Respublikasında təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri maliyyələşdirən, dövlət təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılmasına yardım edən publik hüquqi şəxsdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR