Təhsil Nazirliyi, UNİCEF və ANAMA fəaliyyət planı imzalayıb - YENİLƏNİB

Təhsil Nazirliyi, UNİCEF və ANAMA partlayıcı sursatların təhlükəsinə dair fəaliyyət planı imzalayıb

© APA | Təhsil Nazirliyi, UNİCEF və ANAMA partlayıcı sursatların təhlükəsinə dair fəaliyyət planı imzalayıb

# 15 oktyabr 2021 14:43 (UTC +04:00)

Oktyabrın 15-də UNICEF, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) arasında Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) sahəsində tərəfdaşlığın 2022-ci ilədək genişləndirilməsi məqsədilə Birgə Fəaliyyət Planı imzalanıb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, imzalanma mərasimində UNICEF tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi, ANAMA və Təhsil Nazirliyinin tərəfdaşlığı əsasında Qarabağ bölgəsi və ətraf ərazilərdə Ermənistan-Azərbaycan münaqişəsindən zərər çəkmiş uşaq və ailələrə dəstək məqsədilə Birgə Fəaliyyət Planının təqdimatı olub.

Müharibənin partlayıcı qalıqları və minalar münaqişənin təsirinə məruz qalmış bölgələrdə yaşayan ailələr üçün ən böyük təhlükələrdən biri olaraq qalmaqdadır. Proqramdan təxminən 20000 uşaq daxil olmaqla 100 000 insanın faydalanacağı gözlənilir. Avropa İttifaqının təqdim etdiyi humanitar maliyyə yardımı sayəsində bu proqram uşaq və ailələrin maarifləndirilməsinə töhfə verəcək. Proqram çərçivəsində partlayıcı sursatların təhlükəsinə dair müxtəlif maarifləndirici tədbirlərin, o cümlədən ehtiyacların qiymətləndirilməsi, məlumatlandırıcı materialların hazırlanması, icma və məktəb əsaslı fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

***

11:49

Təhsil Nazirliyi, UNİCEF və ANAMA arasında birgə Fəaliyyət Planı imzalanıb.

APA-nın məlumatına görə, Fəaliyyət Planı 2021-2022-ci illər üzrə partlayıcı sursatların təhlükəsinə dair uşaq və ailələrin maarifləndirilməsini nəzərdə tutur.

Fəaliyyət Planı 20 mini uşaq olmaqla 100 min insanı əhatə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR