Təyyar Eyvazov: “Delta” ştammı digər respirator virus xəstəliklərinə daha çox oxşayır"

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov

© APA | Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov

# 15 iyul 2021 15:26 (UTC +04:00)

“Delta” ştammının Britaniya ştammından 2 dəfə çox yoluxdurduğu qeyd olunur. Bir insanın yoluxdurduğu şəxslərin sayı 5-6 nəfərə çatır. Bu da əvvəlkindən 2 dəfə çoxdur”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov "İmmunitet və Peyvənd sertifikatı " mövzusunda çıxışında deyib.

O bildirib ki, bu ştammla yoluxanların sayı arta bilər: “İnkubasion dövrü qısadır. Klinik əlamətlərdə bir qədər fərqlər duyulur. “Delta” ştammı digər respirator virus xəstəliklərinə daha çox oxşayır, boğaz, baş ağrıları müşahidə olunur. Bəzən mədə-bağırsaq əlamətlərinin də olduğunu qeyd edirlər. Ümumilikdə yoluxduqdan bir müddət sonra klassik koronavirusdan daha çox ağırlaşma olması yalnız müşahidələrdir. Hələ dəqiq məlumat yoxdur”.

Həkim bildirib ki, peyvənd almayan qruplarda xəstəliyin ağırlığı çoxdur: “Peyvənd 100 faiz qorumasa da, həmin şəxslər xəstəliyi simptomsuz, yüngül keçirirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR