Təyyar Eyvazov: "Peyvəndlərdən sonra virusa qarşı immunitetin nə qədər qaldığı dəqiq bilinmir"

Baş infeksionist Təyyar Eyvazov

© APA | Baş infeksionist Təyyar Eyvazov

# 04 iyun 2021 14:27 (UTC +04:00)

"Koronavirus yeni xəstəlik olduğu üçün xəstəlikdən sonra immunitetin bədəndə neçə müddət qaldığını dəqiq müəyyənləşdirmək mümkün deyil".

APA-nın məlumatına görə, bunu baş infeksionist Təyyar Eyvazov "Yay aylarında COVID-19" mövzusunda çıxışında deyib.

O bildirib ki, bəzən 6 ay deyilsə də, amma bu sual hələ ki, açıqdır: "Peyvəndlərdən sonra immunitetin nə qədər qaldığı dəqiq bilinmir, amma ümumi qəbul olunmuş qaydalara görə, vaksindən sonra ən azı 6 ay qala bilər. Bu, dəqiqləşməmiş məlumatdır. Burada 6 ay sonra yenidən vaksin olunub-olunmama sualı ortaya çıxır, amma bu da zamanla aydın olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR