Tibb işçilərinə verilən həvəsləndirici əlavələrin hesablanması üçün kalkulyator yaradılacaq

Tibb işçilərinə verilən həvəsləndirici əlavələrin hesablanması üçün kalkulyator yaradılacaq
# 07 dekabr 2021 14:53 (UTC +04:00)

“TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinə həvəsləndirici əlavələrin elektron qaydada hesablanması məqsədilə tibb müəssisələri üçün proqram təminatı istifadəyə veriləcək”.

Bunu APA-ya müsahibəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Nigar Bayramova deyib.

O bildirib ki, bu da tibb və qeyri-tibb heyətinin aldığı yekun əməkhaqqının hansı əlavələr əsasında formalaşdığını müəyyənləşdirməyə və həvəsləndirici əlavələrin vaxtında alınmasına imkan verəcək: “Əlavə olaraq Agentliyin saytında yeni xidmət - kalkulyator yaradılacaq. Kalkulyator vasitəsilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan tibb və qeyri-tibb heyəti həvəsləndirici əlavələrini və əməkhaqlarını özləri rahat şəkildə hesablaya biləcəklər. Qeyd olunan məsələlər öz həlini tapdıqda ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR