Türkiyə Ali Məhkəməsinin Baş Prokuroru Azərbaycana rəsmi səfərə gəlib - VİDEO

Türkiyə Ali Məhkəməsinin Baş Prokuroru Azərbaycana rəsmi səfərə gəlib

© APA | Türkiyə Ali Məhkəməsinin Baş Prokuroru Azərbaycana rəsmi səfərə gəlib

# 29 may 2021 16:18 (UTC +04:00)

Mayın 29-da Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokuroru Bəkir Şahin Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonaqları Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev qarşılayıb.

Səfər zamanı beynəlxalq və regional səviyyədə mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində aktual problemlərin həlli istiqamətində müzakirələrin aparılması və qarşılıqlı fəaliyyətin gücləndirilməsi ilə bağlı ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulub.

Səfərin gedişatı barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu cinayətkarlıqla mübarizə sahəsində bir sıra beynəlxalq və regional təşkilatlarla, o cümlədən xarici ölkələrin prokurorluq və digər cinayət təqibi orqanları ilə işgüzar əlaqələr və dostluq münasibətlərinin qurulması zəminində səmərəli fəaliyyətini davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR