Türkiyədə müalicə alan daha 5 qazimiz Vətənə dönüb

Daha 5 qazimiz Türkiyədə müalicə alıb

© APA | Daha 5 qazimiz Türkiyədə müalicə alıb

# 29 noyabr 2021 14:43 (UTC +04:00)

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 5 qazimiz sağalaraq Vətənə geri dönüb:

Bu barədə APA-ya "YAŞAT" Fondundan bildirilib.

Məlumata görə, Türkiyəyə göndərilən Əmrahov Ruslan Rəşid oğlunun, Mikayılov Ruzigar Namiq oğlunun, Ələkbərov Seymur Eyvaz oğlunun, Salayev Namiq Həsən oğlunun və Şirəliyev Mehman İbrahim oğlunun müalicə proseduru artıq uğurla yekunlaşıb.

Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 35 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Allah qazilərimizə şəfa versin!

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR