Türkiyəyə göndərilən daha 5 qazi sağalaraq geri dönüb

Türkiyəyə göndərilən qazilər sağalaraq Vətənə dönüb

© APA | Türkiyəyə göndərilən qazilər sağalaraq Vətənə dönüb

# 07 iyun 2021 18:10 (UTC +04:00)

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 5 qazimiz sağalaraq Vətənə dönüb.

Bu barədə APA-ya Fonddan məlumat verilib.

Sağalaraq geri dönən qazilər aşağıdakılardır:

1. Əliyev Arzu Könül oğlu

2. Zeynalov Məhiyyəddin Elsevər oğlu

3. Abbasov Müzəffər Maqsud oğlu

4. Əhmədov Samməddin Həmid oğlu

5. Abbasov Kamal Saleh oğlu

Onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb. Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 63 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir. “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR