Türkiyəyə göndərilən daha 6 qazi sağalaraq Vətənə dönüb

Türkiyəyə göndərilən daha 6 qazi sağalaraq Vətənə dönüb

© APA | Türkiyəyə göndərilən daha 6 qazi sağalaraq Vətənə geri dönüb

# 22 iyul 2021 15:16 (UTC +04:00)

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 6 qazi sağalaraq Vətənə geri dönüb.

Bu barədə APA-ya Fonddan bildirilib. Sağalaraq Vətənə geri dönən qazilər aşağıdakılardır:

1.  Quliyev Adil Şahbaz oğlu

2. Əliyev Ruslan Mustafa oğlu

3. İlkin Rüstəmli Elçin oğlu

4. Əliyev Qismət Nəsib oğlu

5. Ağaşov Qulu Rövşən oğlu 

6. Vəçhiyev Çingiz  Məmməd oğlu 

Onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb. Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 62 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR