Ucarda ölən şəxslə bağlı prokurorluq məlumat yayıb

Ucarda ölən şəxslə bağlı prokurorluq məlumat yayıb
# 18 avqust 2021 09:30 (UTC +04:00)

Avqustun 17-i saat 11 radələrində Ucar rayonu ərazisində bir nəfər şəxsin elektrik dirəyindən yıxılması və almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Ucar rayon prokurorluğunun APA-ya verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, rayon sakini 1954-cü il təvəllüdlü Nəbi Əliyev yaşadığı evə gələn elektrik xəttini düzəltmək istəyərkən ehtiyatsızlıqdan cərəyan vurması nəticəsində dirəkdən yerə yıxılaraq almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR