UNEC-in prorektoru vəzifəsindən azad edilib

Anar Rzayev

© APA | Anar Rzayev

# 02 avqust 2021 18:50 (UTC +04:00)

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) prorektoru Anar Rzayev vəzifəsindən azad edilib.

APA-nın məlumatına görə, bu barədə Universitetin rektoru Ədalət Muradov bildirib.

"UNEC-in tədris və təlim texnologiyaları üzrə prorektoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Anar Rzayevi öz ərizəsinə əsasən tutduğu vəzifədən bu gün azad etdim. Dosent A. Rzayev öz işini mükəmməl bilən peşəkar, məsuliyyətli, yenilikçi, müasir tədris idarəedicisi kimi UNEC-in inkişafına ciddi töhfələr verib”, - deyə rektor qeyd edib.

O, A. Rzayevə UNEC ailəsi adından təşəkkür edib, yeni işində nailiyyətlər arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR