Uşaqlarda peyvəndin dozası və əks-göstəriş qaydaları böyüklərdəki kimidir

Uşaqlarda peyvəndin dozası və əks-göstəriş qaydaları böyüklərdəki kimidir
# 27 oktyabr 2021 15:29 (UTC +04:00)

“Uşaqlara koronavirus xəstəliyini anlaqlı dildə, həssas yanaşaraq, yaşlarına uyğun şəkildə izah etməliyik”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova "Uşaqlar və COVID-19 " mövzusunda çıxışında deyib. O bildirib ki, ən birincisi onlara gigiyena qaydaları izah edilməlidir: “Əl yuma gigiyenası birinci növbədə öyrədilməli, 20 saniyədən az olmayaraq əlləri necə düzgün yumaq lazım olduğu izah olunmalıdır”.

Şöbə müdiri qeyd edib ki, piylənməsi, anadangəlmə ürək qüsurları, xroniki ağciyər xəstəlikləri, xroniki böyrək xəstəlikləri olan 12 yaşdan yuxarı uşaqların peyvəndləməsi məsləhətdir: “Uşaqlarda peyvəndin əks-göstəriş qaydaları və dozası böyüklərdəki kimidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR