ÜST: Afrikada peyvəndlə yanaşı, şpris qıtlığı yaranıb

ÜST: Afrikada peyvəndlə yanaşı, şpris qıtlığı yaranıb
# 29 oktyabr 2021 04:12 (UTC +04:00)

Koronavirus əleyhinə vaksinlə bağlı ciddi ləngimənin olduğu Afrikada digər problem ortaya çıxıb.

APA-nın “Le Matin” saytına istinadla xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika regional bürosu məlumat yayıb.

Məlumatda göstərilir ki, qitənin cəmi 5 ölkəsi vaksinasiya ilə bağlı hədəflərinə nail olub. Mavritaniya, Mərakeş, Kabo-Verde, Tunis və Seyşel Adaları Respublikası ilin sonunadək əhalinin yarısını vaksinləməyə nail olacaq. Bu da qitə əhalisinin cəmi 10%-ni təşkil edir.

Qitədə ciddi tibbi ləvazimat, xüsusən də şpris qıtlığı hiss olunur. UNİSEF-in məlumatına görə gələn il Afrikada 2 milyard ədəd birdəfəlik şprisə tələbat olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR