Valeh Hüseynov: “Talassemiyalı xəstələrə vaksin vurulması ilə bağlı heç bir əks göstəriş yoxdur”

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov

© APA | Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov

# 02 iyul 2021 16:30 (UTC +04:00)

“Talassemiyalı xəstələrə vaksin vurulması ilə bağlı heç bir əks göstəriş yoxdur”.

APA-nın məlumatına görə, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov “TƏBİB məsləhəti”ndə deyib.

Onun sözlərinə görə, talassemiyalı xəstələr hamı kimi qeydiyyatdan keçib peyvənd oluna bilərlər: “Bəzi xəstələrdə xəstəliyin müəyyən dövründə infeksion problemlər ola bilər. Bəzi xəstələr ciddi alergik hallar yaşaya bilərlər. Bu durumda vəziyyəti stabilləşdirdikdən sonra vaksinasiya olunmağı məsləhət görürük. Həmin xəstəyə vaksin əks göstəriş olanda bununla bağlı sənəd veririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR