Vətən müharibəsi qazisi vəfat edib - FOTO

Vətən müharibəsi iştirakçısı Zeynal Şahhüseynov

© APA | Vətən müharibəsi iştirakçısı Zeynal Şahhüseynov

# 16 iyun 2021 15:37 (UTC +04:00)

Vətən müharibəsinin iştirakçısı dünyasını dəyişib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, 23 yaşlı Masallı sakini olan Vətən müharibəsi qazisi Zeynal Şahhüseynov müalicə olunduğu paytaxt xəstəxanalarından birində vəfat edib. Onun bu gün Masallı şəhərinin İsgəndərli qəbiristanlığında dəfn olunacağı gözlənilir.

Zeynal Şahhüseynov iyunun 5-də günorta radələrində Lənkəran şəhərinin "Ləvəngi" adlanan ərazisində yolda gedərkən huşunu itirib. Koma vəziyyətinə düşən Vətən müharibəsi iştirakçısı Lənkəran Müalicə Diaqnostika Mərkəzində KT müayinəsindən keçirilib. Məlum olub ki, beynində qanaxma baş verib və müayinədən dərhal sonra süni tənəffüs aparatına qoşulub. Həmçinin Respublika Neyrocərrahiyə Mərkəzinin həkimləri ilə məsləhətləşmələr aparılıb, sonradan paytaxtdakı xəstəxanalardan birinə köçürülüb.

Vətən müharibəsi iştirakçısı Zeynal Şahhüseynov müharibə başlayanda cəbhəyə könüllü yollanıb. O, Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşüb və ağır yaralanıb.

Evlidir, 1 qız övladı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR