Vətən Müharibəsi qəhrəmanları ilə bağlı Əmək və Vergi Məcəllələrinə dəyişiklik edilib

Vətən Müharibəsi qəhrəmanları ilə bağlı Əmək və Vergi Məcəllələrinə dəyişiklik edilib
# 27 may 2021 15:52 (UTC +04:00)

Milli Məclisin bu gün keçirilən iclasında Vətən Müharibəsi qəhrəmanları ilə bağlı Əmək və Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirə edilib.

APA-nın məlumatına görə, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Vətən Müharibəsi qəhrəmanlarına vergi güzəştləri tətbiq ediləcək.

Belə ki, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılacaq.

Əmək Məcəlləsinə edilən dəyişikliyə görə, Vətən Müharibəsi qəhrəmanlarına məzuniyyət verilməsi qaydası müəyyənləşib.

Belə ki, Azərbaycan Respublikası Vətən Müharibəsi qəhrəmanlarına məzuniyyət 46 təqvim günündən az olmayaraq veriləcək.

Qanun layihələri səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR