Qarabağlar Türbə Kompleksi bərpa və tədqiq olunacaq

Qarabağlar Türbə Kompleksi bərpa və tədqiq olunacaq
# 05 iyul 2016 07:07 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında sərəncam verib.

APA-ın məlumatına görə, sərəncamda qeyd edilib ki, Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən və XII-XIV əsrlərə aid edilən kompleksdən dövrümüzə qoşa minarəli baştağ və türbə gəlib çatıb. Azərbaycan xatirə memarlığının mütərəqqi ənənələrini yaşadan bu abidə memarlıq quruluşuna və oxşar cəhətlərinə görə Əcəmi Naxçıvani memarlıq məktəbinin davamı, memar Əhməd Naxçıvani yaradıcılığının nümunəsidir. Türbə kompleksi göstərir ki, Qarabağlar orta əsrlərdə Azərbaycanın inkişaf etmiş mədəniyyət mərkəzlərindən və böyük şəhərlərindən biri olub.

Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birlikdə Qarabağlar Türbə Kompleksində bərpa işlərinin elmi və tarixi əsaslarla aparılmasını təmin etmək, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinə “Qarabağlar Türbə Kompleksi” tədqiqat qrupu yaratmaq tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR