Yaponiyada “Çansu” qasırğası ilə bağlı xəbərdarlıq edilib, 33 uçuş ləğv olunub

Yaponiyada “Çansu” qasırğası ilə bağlı xəbərdarlıq edilib, 33 uçuş ləğv olunub
# 18 sentyabr 2021 07:11 (UTC +04:00)

Yaponiyanın cənub-qərbində cümə günündən şənbə gününə keçən gecə meydana gələn “Çansu” qasırğası ilə bağlı xəbərdarlıq edilib.

APA “Kyodo” agentliyinə istinadən xəbər verir ki, qasırğa nəticəsində azı 5 nəfər yaralanıb.

Yerli aviaşirkətlər ümumilikdə 33 daxili təyyarə reysini ləğv edib. 7 min evin elektrik enerjisiz qaldığı bildirilir.

Tropik fırtına Nara əyalətinin qərbindən şərq hissəsinə doğru hərəkət edir. Küləyin sürəti saatda 30 metrə çatır.

Proqnozlara görə, Yaponiyanın cənub-qərb və mərkəzi bölgələrində gün ərzində 300 mm-ə qədər yağıntı düşə bilər. Bununla əlaqədar olaraq, meteoroloqlar torpaq sürüşmələri və su anbarlarında suyun səviyyəsinin qalxması barədə xəbərdarlıq ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR