“YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 11 qazi sağalaraq Vətənə dönüb

“YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən daha 11 qazi sağalaraq Vətənə dönüb

© APA | “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən daha 11 qazi sağalaraq Vətənə dönüb

# 06 sentyabr 2021 11:47 (UTC +04:00)

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 11 qazimiz sağalaraq Vətənə geri dönüb.

Fonddan APA-ya verilən məlumata görə, onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

Vətənə geri dönən qazilər aşağıdakılardır:

1. Qurbanov Əbülfət Tanrıverdi oğlu

2. Rəhimov Ziyəddin Aşur oğlu

3. Yusifov Alik Elşən oğlu

4. Novruzov Rəşad Lətif oğlu

5. Həmidov Mahur Mahir oğlu

6. Əhmədov Xəyyam Hidayət oğlu

7. Məmmədov Vidadi Ələkbər oğlu

8. Səlimzadə Tural Vasif oğlu

9. Atakişiyev Nəriman Qələndər oğlu

10. Muradov Tanırverdi Mədəd oğlu

11. İsmayılov Rüfət Fəxrəddin oğlu

Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 43 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR