Yevlaxda şadlıq evinin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub

Yevlaxda şadlıq evinin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub
# 28 iyul 2021 15:22 (UTC +04:00)

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Yevlax rayonu, N.Gəncəvi 6 ünvanında fəaliyyət göstərən fiziki şəxs Bəylərov Şahin Rüştü oğluna məxsus “Xəmsə” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

AQTA-dan APA-ya verilən məlumata görə, həmin şadlıq evində müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu müəyyən olunub. Həmçinin, pandemiya dövrünün tələblərinə əsasən, sıxlıq normalarının gözlənilmədiyi, şadlıq evinin sahibi ilə toy sahibi arasında müvafiq iltizamnamə bağlanılmadığı məlum olub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda, ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR