Yuxarı ətrafları amputasiya edilən 29 qazi yüksək texnologiyalı protezlə təmin olunacaq

Yuxarı ətrafları amputasiya edilən 29 qazi yüksək texnologiyalı protezlə təmin olunacaq
# 06 oktyabr 2021 11:58 (UTC +04:00)

“Noyabrın sonuna qədər yuxarı ətrafları amputasiya olunan ümumilikdə 29 qazi yüksək texnologiyalı protezlə təmin olunacaq”.

APA-nın məlumatına görə, bunu Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin mütəxəssisi Kənan Pirizadə bildirib.

Onun sözlərinə görə, yuxarı ətraf protezləri aşağı ətraf protezlərindən fərqi olaraq daha incə və dəqiq olur, onların sərbəst hərəkəti vacibdir: "Bu protezlərin üzərində iPad planşet verilir. Planşet əsasında protezin funksiyalarını dəyişmək olur. Daim istifadə olunan funksiyaları öndə, nadir istifadə edilən funksiyaları isə geridə qoymaq olur. Protez əllər əzələ kütləsi ilə işləyir. Bunların sayına görə də protezin funksiyası dəyişir. İslandiyadan gətirilən protez məhsullarının qarantiyası 3-4 ildir olur".

K.Pirizadə deyib ki, idmanla məşğul olan qazilər üçün əsas protezlərdən əlavə, idmanla məşğul olmaq üçün də protezlər verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR