Ziyəddin Kazımov: "Dəniz suyunda bağırsaq çöplərinin həddindən artıq olması bizi narahat edir"

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov

© APA | Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov

# 16 iyun 2021 15:10 (UTC +04:00)

“Bizi narahat edən dəniz suyunda bağırsaq çöplərinin həddindən artıq olmasıdır”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov " Çimərliklər" mövzusunda çıxışında deyib.

O bildirib ki, bu, insanlarda kəskin mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər: “Bundan başqa, baktereoloji müayinə üçün dəniz suyu götürülür. 1 litr suda icazə verilən bağırsaq çöplərinin miqdarı 5 mindir. Nümunələrdə bu göstərici normadan dəfələrlə yuxarı olub, ona görə bir neçə dəfə nümunə götürüb müayinə aparırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR