2040-cı ilə qədər Bakıda velosiped yollarının uzunluğu 251 km-ə çatacaq

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli

© APA | Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli

# 17 may 2021 11:35 (UTC +04:00)

“Bakı şəhərində velosiped zolaqlarının inkişafı konsepsiyası həm Bakının Baş Planında, eyni zamanda da BNA-nın strateji inkişaf planında öz əksini tapıb”.

APA-nın məlumatına görə, bunu 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsinə dair tədbirdə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, velosiped sahələri artıq bəzi şəhərlərdə mobilliyin əsasını təşkil edir: “Velosipeddən istifadə bütün dünyada getdikcə daha da genişlənir. Bakı şəhərində də velosiped nəqliyyatının inkişaf etdirilməsi, insanların bu nəqliyyat növündən istifadəsinin təşviq edilməsi məqsəd qoyulub. Ümumi strateji plana görə, velosiped yollarının uzunluğu şəhərin bulvar ərazisində 7,5 km, 2027-ci ilə qədər 63,5 km, 2040-cı ilə qədər isə 251 km-ə qədər təşkil edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR