Abşeron yarımadasındakı göl və gölməçələrin sayı açıqlanıb

Abşeron yarımadasındakı göl və gölməçələrin sayı açıqlanıb
# 20 aprel 2021 16:27 (UTC +04:00)

“Göllərin çirki olmasının səbəbi tullantı sularının düzgün idarə olunmamasıdır” .

APA-nın məlumatına görə, bunu “Ekspert saatı”nda Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov deyib. O bildirib ki, təkcə Abşeron yarımadasında irili-xırdalı, quruyan və mövcud olan göl və gölməçələrin sayı 800-dən çoxdur: “Bütün ərazilərdə yenidən monitorinq aparılıb. İlkin qiymətləndirmə artıq hazırdır. Əsas məqsədimiz bu gölləri təmizləmək üçün sahibkarların, bu sahəyə meyl göstərən iş adamlarının həmin ərazilərdə müvafiq infrastruktur sahələrinin yaradılmasına cəlb etməkdir. Eyni zamanda proqramda nəzərdə tutulan göllərin təmizlənməsinin həyata keçirilməsidir. Hesab edirəm ki, yaxın zamanda göllərin təmizlənməsi işlərinin şahidi olacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR