Azərbaycana təyyarə ilə səfər edən sərnişinlər “Özünütəcrid barədə bəyannamə” dolduracaqlar

Azərbaycana təyyarə ilə səfər edən sərnişinlər “Özünütəcrid barədə bəyannamə” dolduracaqlar
# 01 may 2021 16:42 (UTC +04:00)

Azərbaycana uçuş edən təyyarələrdəki sərnişinlər aviadaşıyıcılar tərəfindən paylanan “Özünütəcrid barədə bəyannamə”ni doldurmalıdır.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ında etdiyi dəyişiklikdə əksini tapıb.

Aviadaşıyıcılar sərnişinlərə Azərbaycan Respublikasına gəldikdən sonra pasport nəzarətindən keçərkən həmin Bəyannamənin doldurulmasının və təqdim edilməsinin zəruriliyi barədə məlumat verməlidirlər. Sərhəd nəzarəti zamanı sərhəd nəzarəti orqanı sərnişinlər tərəfindən doldurulmuş Bəyannamələri toplayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR