BNA sədri: "Bakıda 35-40 min qanunsuz taksi fəaliyyət göstərir"

BNA sədri: "Bakıda 35-40 min qanunsuz taksi fəaliyyət göstərir"
# 28 aprel 2021 13:58 (UTC +04:00)

"Bakıda 35-40 min qanunsuz taksi fəaliyyət göstərir".

APA-nın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuat konfransında bildirib. Onun sözlərinə görə, tıxacların səbəblərindən biri də bu cür qanunsuz, 1 manatlıq taksilərin fəaliyyətidir.

Onun sözlərinə görə, bununla bağlı müvafiq işlər aparılacaq: “Qanunvericilikdə o hissədə boşluq var. Onların cərimələnməsi ilə bağlı Bakı Nəqliyyat Agentliyinin səlahiyyəti mövcud deyil, biz məlumatlandırma rolunu oynayırıq. Bununla əlaqədar təkliflər verilib, yaxın zamanlarda dəqiq bilinəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR