Buraxılış imtahanlarında sual kitabçasının şəklini sosial şəbəkələrdə yayan 4 nəfər haqqında araşdırma aparılır

Buraxılış imtahanlarında sual kitabçasının şəklini sosial şəbəkələrdə yayan 4 nəfər haqqında araşdırma aparılır
# 22 aprel 2021 15:07 (UTC +04:00)

"Təəssüf ki, ötən buraxılış imtahanlarında abituriyentlər (4 nəfər) tərəfindən sual kitabçasının şəklini çəkərək sosial şəbəkələrdə yayması hallarına rast gəlinib".

APA-nın məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzinin bugünkü buraxılış imtahanı ilə bağlı məlumatında bildirilib.

Qeyd edilib ki, həmin qayda pozuntularına yol vermiş imtahan iştirakçılarının kimliyi müəyyən olunub və onlar haqqında araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR