Çernobıl AES qəzası ilə əlaqədar əlilliyi olan şəxslərə ödənilən sosial ödənişlər açıqlanıb

Çernobıl AES qəzası ilə əlaqədar əlilliyi olan şəxslərə ödənilən sosial ödənişlər açıqlanıb
# 26 aprel 2021 13:21 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Çernobıl Atom Eleketrik Stansiyasının qəzası ilə əlaqədar əlilliyi olan şəxslərə ödənilən sosial ödənişləri açıqlayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olanlara I qrup üzrə müavinət (150 manat) və ya pensiya, bundan əlavə, təqaüd (400 manat) və ona qulluq edənə təqaüd (50) manat verilir. II qrup üzrə müavinət (130 manat) və ya pensiya, eyni zamanda, təqaüd (350) verilir. III qrup üzrə müavinət (110 manat) və ya pensiya, eyni zamanda, təqaüd (300 manat) verilir.

Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olanlara I qrup üzrə müavinət (150 manat) və ya pensiya, bundan əlavə, təqaüd (130 manat) və ona qulluq edənə təqaüd (50) manat verilir. II qrup üzrə müavinət (130 manat) və ya pensiya, III qrup üzrə müavinət (110 manat) və ya pensiya verilir.

Çernobıl AES-də həm hərbi xidmətlə, həm qəzanın ləğvi ilə əlaqədar əlilliyi olanlara müalicə üçün hər il birdəfəlik 237 manat verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR