DİM sədri: "III qrup üzrə müsabiqəyə buraxılan 2576 abituriyent 150-200 bal toplayıb"

DİM sədri: "III qrup üzrə müsabiqəyə buraxılan 2576 abituriyent 150-200 bal toplayıb"
# 11 sentyabr 2020 12:36 (UTC +04:00)

“III qrup üzrə 21 mindən çox abituriyent imtahan verib, onlardan 15308 nəfər müsabiqəyə buraxılıb. Müsabiqəyə buraxılan 2576 abituriyentin 150-200 bal arası nəticələri var. 200-dən yuxarı bal toplayanlar 1538 nəfərdir. Müsabiqəyə buraxılanların 3000 nəfəri plan yerindən kənarda qalacaqsa, deməli, 150-200 bal toplayan abituriyentlərin hansısa ixtisasa qəbul olması imkanı azdır. Subbakalavrların da balı 150-200 baldır, onların da qəbul olmaq üçün çox az ehtimalı var. Bu ehtimala görə onlar regional ali məktəbləri seçməlidirlər, çünki keçid balları daha aşağıdır, ya da özəl ali məktəbləri seçməlidirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR