Deputat: “İnsan alveri ilə məşğul olanlar sosial şəbəkələrin imkanlarından istifadə edirlər”

Deputat: “İnsan alveri ilə məşğul olanlar sosial şəbəkələrin imkanlarından istifadə edirlər”
# 23 aprel 2021 12:34 (UTC +04:00)

“İnsan alveri böyük və genişmiqyaslı təhlükədir. Dünyada ən çox gəlir gətirən sahələrdən biri də bu təhlükəli cinayətdir. Bunu yalnız silah satışı ilə müqayisə etmək olar”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.

Deputat bildirib ki, insan alverindən gələn gəlir dünyada 150 milyard dolları ötüb: “Burada 1-ci yeri cinsi istismar tutur. Yalnız 6 %-i dilənçilik, məcburi nikahdı”.

Deputat qeyd edib ki, bu gün insan alveri ilə məşğul olan subyektlər sosial şəbəkələrin imkanlarından geninə-boluna istifadə edirlər: “Sosial şəbəkədə bu təhlükəli cinayət növü ilə mübarizəyə xüsusi diqqət yetirilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR