FHN Şuşada maarifləndirmə tədbiri keçirib - FOTO

#
# 17:45
9 aprel 2021

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi ötən gün Şuşa şəhərində yerləşən otel binasında yenidənqurma işləri aparan müəssisənin əməkdaşları ilə yanğın təhlüksəziliyinə dair maarifləndirmə tədbiri keçirib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, tədbirdə yanğın təhlükəsizliyi qaydaları, o cümlədən tikinti-quraşdırma, xüsusilə qaynaq və metalkəsmə işləri görülən zaman zəruri olan müvafiq təhlükəsizlik tədbirləri barədə məlumat verilib, suallar cavablandırılıb. Həmçinin, iştirakçılara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının daim diqqətdə saxlanılmasının vacibliyi məsul şəxslərin nəzərinə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR