Koronavirusdan reanimasiyaya düşənlərin çoxu 30-40 yaş arası insanlardır

Koronavirusdan reanimasiyaya düşənlərin çoxu 30-40 yaş arası insanlardır
# 30 aprel 2021 15:29 (UTC +04:00)

“Koronaviruslu xəstələrlə işlədiyim zaman müşahidələrimə əsasən, kişi və qadın nisbəti eyni idi”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov "Stasionar şəraitdə COVID-19" mövzusunda çıxışında deyib.

O bildirib ki, xəstələr əvvəl daha çox 50 yaşdan yuxarı idi: “Burada 60 yaşdan yuxarı şəxslər daha üstünlük təşkil edirdi. Hazırda cavan adamların yanaşı ciddi xəstəliyi olmasa belə, vəziyyəti ağırlaşır və reanimasiyaya düşür. Həyatını itirənlər də var. Bunlar daha çox 30-40 yaş arası insanlardır”.

Həkim qeyd edib ki, 2021-ci ilin əvvəlindən, əsasən mart-aprel aylarından koronavirusun üçüncü dalğası zamanı xəstəxanaya müraciət edənlərdə klinika ağır olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR