Mədəniyyət naziri Anar Kərimov koronavirusdan sağalıb

Mədəniyyət naziri Anar Kərimov koronavirusdan sağalıb
# 03 may 2021 10:57 (UTC +04:00)

Mədəniyyət naziri Anar Kərimov koronavirusdan (COVID-19) sağalıb.

Bu barədə APA-ya Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə deyib.

O bildirib ki, A.Kərimovun bu həftə karantin müddəti başa çatıb: “Nazirin səhhəti yaxşıdır və COVID-19 infeksiyası üçün götürülən son analiz nümunələrinin nəticəsi də neqativdir”.

M.Qafarzadə mədəniyyət nazirinin bu həftədən etibarən işə çıxdığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR