Mircəlal Kazımi: “Təəssüf ki, Azərbaycanda yalnız canlıdan canlıya orqan transplantasiyası həyata keçirilir”

#
# 12:58
20 aprel 2021

“Təəssüflər olsun ki, Azərbaycanda yalnız canlıdan canlıya orqan transplantasiyası həyata keçirilir”. 

APA-nın məlumatına görə, bunu "Orqan bağışı problemi və transplantasiya" mövzusunda keçirilən elmi konfransda Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin rəisi Mircəlal Kazımi deyib. 

O bildirib ki, indiyə kimi Azərbaycanda meyitdən orqan köçürülməsi həyata keçirilməyib: “Bu əməliyyatlar sahəsində insanlar həyatlarını davam etdirirlər. Həmin şəxslər əməliyyat olunmasaydı, dünyasını dəyişəcəkdi. Məsələn, qaraciyər transplantasiyası əməliyyatı keçirmiş insanın 5 illik həyatda qalması 77 faiz təşkil edir. 10 illik fəaliyyətimiz dövründə 992 xəstə üzərində orqan transplantasiyası həyata keçirmişik. Bunlardan 230-u qaraciyər, 762-si isə böyrək transplantasiyası olub”. O qeyd edib ki, bu xəstələrdən 40-ı dünyasını dəyişib. 

O bildirib ki,  böyrək transplantasiyası həyata keçirilən  762 xəstənin 1 illik yaşam faizi 99.2, 2 illik yaşam faizi  98.1, 3 illik yaşam faizi isə 94.2 faizdir.

M.Kazımi qeyd edib ki, qaraciyər transplantasiyası zamanı donorların 138-i kişi, 93-ü isə qadın olub. Böyrək transplantasiyası zamanı isə donor olanlardan 285-i kişi, 477-i isə qadındır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR