Mütəllim Əbdülhəsənov: "Bakıda su sızmaları ilə bağlı problemlər mövcuddur"

Mütəllim Əbdülhəsənov: "Bakıda su sızmaları ilə bağlı problemlər mövcuddur"
# 22 aprel 2021 11:48 (UTC +04:00)

"Ötən il ölkədə bir az quraqlıq dövrü olub".

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində ictimai yerlərdə su sızıntılarının xəbər verilməsi üzrə Hydro Heroes (Hidro Qəhrəmanlar) tətbiqinin təqdimatı ilə bağlı keçirilən mətbuat konfransında nazirliyin şöbə müdiri Mütəllim Əbdülhəsənov deyib.

Onun sözlərinə görə, bununla bağlı ötən su idarəetməsi ilə bağlı fasilələr yaranmışdı: "Bu il vəziyyət daha yaxşıdır. Bu il ötən illə müqayisədə Mingəçevir Su Anbarına kifayət qədər su yığılıb. Ölkəyə tranzit yollarla daxil olan sular da bizə imkan verə biləcək ki, daha çox su ehtiyatı yığa bilək. Hazırda gursululuq dövrüdür. Kürə də kifayət qədər su yığılıb".

M.Əbdülhəsənov qeyd edib ki, Bakıda su sızmaları ilə bağlı problemlər mövcuddur. Onun sözlərinə görə, bunlara birbaşa "Azərsu"ASC nəzarət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR