Nazir: "Əlilliyin təyin olunması ilə bağlı yeni meyarlar tam hazırdır, gələn ildən qüvvəyə minəcəyinə inanırıq"

#
# 12:43
28 aprel 2021

“Biz Ümumdünya Səhiyyə Təşkilati ilə sıx əməkdaşlıq edirik. Xüsusilə əlliliklə bağlı məsələlərdə böyük irəliləyişlər var. Azərbaycanda  bu sahədə indiyədək olan ən böyük islahat yekun mərhələsinə daxil olub. Əlilliyin köhnə sovet sistemindən qurtararaq tam müasir, Avropa İttifaqının müvafiq direktivlərinə uyğun ən yaxşı təcrübəyə uyğun meyarlarla təyin edilməsi təyin edilməsi, ödənişlərin buna uyğunlaşdırılması, qiymətləndirilməsinin təşkil edilməsi istiqamətində ciddi iş aparırıq”.

APA-nın məlumatına görə, bunu Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı keçirilən onlayn tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, əlilliyin böyük hissəsi məhz iş yerlərində baş verən hadisələrin nəticəsində meydana çıxır: “Bizim qarşılıqlı əməkdaşlığımızla artıq bu meyarlar tam hazırlanıb və hökumət qurumları ilə müzakirə edilib. Parlamentə təqdim olunma ərəfəsindədir. Biz inanırıq ki, sənəd parlamentin bu sessiyasında qəbul olunacaq və 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək. Bu dövr ərzində yenə Ümumdünya Səhiyyə Təşkilatı ilə aktiv şəkildə işləyərək, həm Səhiyyə Nazirliyinin, həm TƏBİB-in digər əlaqədar şəxslərin təlimləndirilməsi təmin olunacaq. Çünki yeni meyarlar yeni yanaşma tələb edir. Bu meyarlar faktiki olaraq dünyada mövcud olan hər xəstəlik üzrə kriteriyaların, faizlərin, hər xəstəliyin insanın əmək qabiliyyətinə, özünəqulluq qabiliyyətinə təsir faizlərini müəyyən edir”.

S. Babayevin sözlərinə görə, bu, geniş proqramdır: “Minlərlə həkimin təlimdən keçməsi təmin olunacaq. Onlar əsasında əlilliyin qiymətləndirilməsi aparılacaq. Bu da vətəndaşlarımız üçün daha şəffaf və tam başa düşülən mexanizmə çevriləcək”. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR