Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
# 02 may 2021 11:52 (UTC +04:00)

Mayın 3-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətinin APA-ya verdiyi məlumata görə mayın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 11-13 dərəcə isti, gündüz 19-23 dərəcə  isti olacaq. Bakıda gecə 11-13 dərəcə isti, gündüz 20-22 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi  762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz olacaq. 

Mayın 3-də Azərbaycanın rayonlarında  şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Səhər  saatlarında duman. Şərq küləyi  əsəcək. Havanın temperaturu gecə  10-15 dərəcə isti, gündüz  23-28 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz  9-14 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, mayın 3-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR