Bank Of Baku

ABŞ-da yanğın hadisəsi olub, 8 nəfər ölüb

ABŞ-da yanğın hadisəsi olub, 8 nəfər ölüb
# 25 iyul 2026 22:43 (UTC +04:00)

ABŞ-ın Miçiqan ştatının Grand Haven Tovnşip qəsəbəsində yanğın hadisəsi baş verib.

APA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, yanğın baş verən evdə 8 nəfərin meyiti aşkarlanıb. Ölənlərdən altısı 5-15 yaşlı uşaqlardır.

Lakin ilkin araşdırma göstərir ki, bəzi qurbanların üzərində güllə yaraları da var.

Buna görə də polis hadisəyə təkcə yanğın kimi yox, şübhəli ölüm faktı kimi qiymətləndirir.

Əsas versiyalardan biri ailədaxili qətl və intihardır. Yanğının isə izləri gizlətmək məqsədilə qəsdən törədilmiş ola biləcəyi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR