24-26 sentyabr tarixlərində Bakıda keçirilməsi planlaşdırılan "Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026" bəynəlxalq tədbirinə Fövqəladə Hallar Nazirliyinin (FHN) 30-dan çox xüsusi texnikası, eləcə də 400 nəfərə yaxın şəxsi heyətinin cəlb olunması planlaşdırılıb.
APA xəbər verir ki, bu barədə FHN-in Baş Əməliyyat İdarəsinin rəisi polkovnik-leytenant Elvin Ağayev jurnalistlərə açırlamasına bildirib.
Onun sözlərinə görə, təlimlərdə məqsəd tədbir zamanı baş verə biləcək fövqəladə halların çevik qarşısının alınmasıdır: "Formula 1-in keçirilməsi ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ixtisaslaşmış yanğınsöndürmə və xilasedici marşallar üçün təlimlər keçirilib. Təlimin nəzəri hissəsində yanğınsöndürmə, yanğın təhlükəsizliyi qaydaları, eləcə də xilasetmə işlərinin təşkilinə dair marşallara xüsusi təlimatlar verilib. Praktiki hissədə isə baş vermiş yanğınların söndürülməsi və şərti olaraq pilotun xilas olunması məqsədilə imitasiyalar həyata keçirilib".
O əlavə edib ki, təlimlərə ümumilikdə 186 nəfər marşal qoşulub ki, onlardan da 60 nəfəri Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təşkil əməkdaşlarından təşkil olunub.