Ucarda 6 məktəb koronavirusa görə bağlanıb

#
# 14:46
13 aprel 2021

Azərbaycanda daha 6 orta məktəb koranavirusa görə bağlanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Ucar rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında rayonun Qazyan 1 saylı, Alpout 2 saylı, Qarabörk, Rəstəcə, Küçəkənd tam orta məktəbləri və Bərküşad ümumi orta məktəblərində əyani təhsil müvəqqəti dayandırılıb. Buna səbəb adı çəkilən məktəblərdə ümumilikdə  11 müəllimdə COVID-19  testinin nəticələri pozitiv çıxmasıdır.

Fəaliyyəti dayandırmış məktəblərdə dərslərin distant formada tədris olunmasına qərar verilib. Məktəblərdə dezinfeksiya işləri aparılır.

Qeyd edək ki, Ucar rayonunda ümumilikdə 45 orta məktəb fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR