Umayra Tağıyeva: "Azərbaycanda havanın temperaturu iqlim norma göstəricilərindən yüksəkdir"

#
# 10:56
13 aprel 2021

“Bu gün respublikanın qərb rayonlarında hava şəraiti qeyri sabit olacaq”.

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O bildirib ki, gün ərzində bəzi rayonlarda yağıntı gözlənilir: “Havanın temperaturu çoxillik norma göstəricilərindən 1.3 dərəcə yüksəkdir. Ümumiyyətlə, aprel ayının birinci ongünlüyündə havalar nisbətən mülayim keçir. Düzdür, küləyin sürəti tez-tez artır. Bu müddət ərzində şimal-qərb küləyinin maksimal sürəti 28 m/s-a çatıb. Lakin havanın temperaturu iqlim norma göstəricilərindən yüksəkdir. Hətta bəzi günlərdə normadan 7-9 dərəcə yüksək olub”.

U.Tağıyeva qeyd edib ki, ayın 14-dən başayaraq hava sabitləşəcək: “Yağıntılar kəsiir. Aprelin 15-dən 17-nə kimi ölkə ərazisində yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu paytaxtda 16-18 dərəcə isti, Aran rayonlarında 23-25 dərəcəyə kimi yüksələcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR