Venesuela ilə sosial sahədə əməkdaşlıq imkanları müzakirə olunub

#
# 18:19
9 aprel 2021

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri Kristofer Martinezin görüşü olub.

Nazirlikdən APA-ya verilən  məlumata görə, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edən S.Babayev ərazilərimizin Ermənistanın işğalından azad edildiyini diqqətə çatdırıb. Nazir dağıdılmış həmin ərazilərdə böyük quruculuq işlərinin aparıldığını qeyd edib.

O, dövlət başçısının tapşırığı ilə ölkəmizdə əmək, məşğulluq və sosial təminat sahəsində aparılan islahatları, bu sahələrdə tətbiq olunan innovativ yenilikləri diqqətə çatdırıb. Venesuela Bolivar Respublikası ilə Azərbaycan arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb.

S.Babayev ikitərəfli əlaqələrin yaradılması və inkişaf etdirilməsi üçün müqavilə-hüquq bazasının yaradılmasının vacibliyini qeyd edib.

K.Martinez ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini vurğulayıb. Səfir sosial sahədə əməkdaşlıq üçün yaxşı perpsektivlərin olduğunu bildirib.

Görüşdə əmək, məşğulluq və sosial müdafiə sahələrində ikitərəfli əlaqələrin qurulması imkanları müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR