"YAŞAT": 20 milyona yaxın vəsait artıq təyinatı üzrə xərclənib

#
# 11:13
29 aprel 2021

Bu günə qədər "YAŞAT Fondu" 2881 şəhid ailəsinin evində olub.

APA-nın xəbərinə görə, bunu mətbuat konfransında "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov bildirib.

Onun sözlərinə görə, eyni zamanda 2700-dən artıq qazi ilə müxtəlif yerlərdə görüşüblər, 300-dən artıq yataq xəstəsi olan qazinin mənzilində görüş keçirilib: ""YAŞAT" Fondunun 4 fəaliyyət istiqaməti var. 20 milyona yaxın vəsait artıq təyinatı üzrə xərclənib. Türkiyədən bir qrup həkim gəlmişdi, onlar qazilərlərlə görüş keçirib. Həmin qazilər Türkiyəyə müalicəyə göndərilib. 76 qazi Türkiyəyə göndərib, onlardan 7-si artıq vətənə dönüb. Hazırda 69 qazinin Türkiyədə müalicəsi davam edir. Eyni zamanda İsraildən 8 cərrah gəlmişdi, 30-dan artıq qazi əməliyyat olunub. 50-dən artıq qaziyə süni göz, 2 qaziyə buynuz qişa qoyulub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR