ANAMA: Son həftədə 93 hektar ərazi mina və PHS-lərdən təmizlənib

Mina

© APA | Mina

# 10 may 2021 10:21 (UTC +04:00)

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan APA-ya bildirilib ki, mayın 3-dən 8-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 23 piyada əleyhinə mina, 12 tank əleyhinə mina və 104 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 93 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR