Mayın 10-dan Azərbaycanın bütün ərazisində 18 yaşına çatmış vətəndaşlar vaksinasiyaya qatıla bilər-VİDEO

vaksin

© APA | vaksin

# 06 may 2021 12:12 (UTC +04:00)

“Ölkəmizdə tətbiq olunan hər bir vaksin təhlükəsizdir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri əvəzi Teymur Musayev deyib. O bildirib ki, iki dozanı almış vətəndaşlar arasında yoluxma sayları çox aşağıdır: "Yoluxanlar da xəstəliyin ağır mərhələsini keçirmirlər. May ayının 10-dan etibarən Azərbaycanın bütün ərazisində 18 yaşına çatmış bütün vətəndaşlar vaksinasiyaya qatıla bilər. 18 yaşdan yuxarı olan hər bir Azərbaycan vətəndaşlarını vaksinasiyaya qoşulmağa çağırıram”.

Teymur Musayev bildirib ki, bu kampaniyaya qoşularaq qısa müddətdə normal həyata qayıdışı təmin etmək olar: “Vaksinasiya olunmaq heç də həmin infeksiyadan digər qorunma vasitələrindən imtina etmək mənasını daşımır. Hazırda maska, gigiyena, sosial məsafə qaydalarına əməl etmək məcburidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR